XƏBƏR LENTİ
08 Mart 2021
04 Mart 2021
03 Mart 2021
02 Mart 2021
26 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
19 Fevral 2021



AMADA əməkdaşlıq memorandumu imzalayıb
İdman 09:32 / 16.02.2021
Fevralın 15-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AMADA-nın direktoru Şəfəq Hüseynli və İctimai Birliyin idarə heyətinin sədri Miraqil Seyidzadənin imzaladığı memorandum qurumlar arasında əməkdaşlıq münasibətlərinin yaradılmasını nəzərdə tutur. Sənəd ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə cəlb olunması və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafının dəstəklənməsi üçün əməkdaşlığı ehtiva edir.
Mərasimdə çıxış edən AMADA-nın direktoru Ş.Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarifləndirməsi baxımından da böyük imkanları var. AMADA İctimai Birliklə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir. Bu, həm də könüllülərin antidopinq sahəsində biliklərinin artırmaları və gələcəkdə bu sahədə fəaliyyət göstərmələri üçün yeni imkanlar açacaq.
İctimai Birliyin idarə heyətinin sədri M.Seyidzadə deyib: "Dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir. "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi bu sahədə görülən işlərə töhfə vermək üçün AMADA ilə sıx əməkdaşlıq edəcək. Könüllülərin bu sahədəki təbirlərə cəlb edilməsi, biliklər qazanması və təcrübə toplaması onların gələcək karyerası baxımından da əhəmiyyətlidir”.


1624 oxunub

InvestAZ