XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



MOK idmançılara dəstək məqsədilə təlimlərə başlayıb
İdman 16:41 / 26.11.2020
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr reallaşdırır. MOK idmançılar üçün üç istiqamətdə - psixoloji dəstək, ingilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üçün kurslara start verib. Hər üç istiqamətdə təlimlərdə iştirak edəcək idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK marketinq idarəsinin rəhbəri Mehman Kərimov BOK-un 2019-cu il aprelin 14-də Lozannada baş tutan Atletlər Forumunda üzv ölkələrin olimpiyaçıları üçün əlavə bilik və bacarıqların verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyinin əsas mövzusu olduğunu bildirib.

Bu ilin birinci rübündən başlayan pandemiya qeyd olunanları həm BOK, həm də MOK qarşısında daha aktual və ciddi məsələyə çevirib. İlkin mərhələdə 30 idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakter daşıyan təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. BOK-un maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılır.

17560 oxunub

InvestAZ