XƏBƏR LENTİ
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Argentinada Maradonaya görə matəm elan olundu
İdman 09:43 / 26.11.2020
Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük milli matəm elan olunub. Bu barədə qərarı Argentina prezidenti Alberto Fernandes verib.

"Dieqo Armando Maradonanın ölümü ilə əlaqədar ölkə prezidenti bu gündən üçgünlük matəm elan edəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, Argentina millisi, "Napoli” və "Barselona” kimi bir sıra klublarda oynamış əfsanəvi futbolçu ötən gün 60 yaşında ürək tutmasından vəfat edib.

Dieqo Maradona "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Dieqo Maradona Argentina millisinin heyətində 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatının qızıl medalını qazanıb. O, həmçinin 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatında gümüş medala layiq görülüb. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Argentina milli komandasına başçılıq edib.

Xatırladaq ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi.

25204 oxunub

InvestAZ