XƏBƏR LENTİ
30 Yanvar 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Sabah cüdo üzrə Avropa çempionatına start veriləcək
İdman 13:22 / 18.11.2020

Sabah Azərbaycan cüdoçularının da iştirak edəcəkləri Avropa çempionatı start götürəcək. Çexiyanın paytaxtı Praqada keçiriləcək qitə çempionatında Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) kişilər arasında güclərini sınayacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 355 cüdoçu iştirakını təsdiqləyib.


33587 oxunub

InvestAZ