XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Velosipedçimiz Türkiyədə üçüncü oldu
İdman 15:11 / 15.09.2020

Azərbaycanın şosse velosipedi üzrə elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyədə keçirilmiş1.2 kateqoriyalı "Grand Prix Velo Erciyes” yarışında uğula çıxış edib. Federasiyanın mətbuat xidmətindən "Olimpiyadunyasi.com” saytına verilən xəbərə görə,"Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan E.Əsədovbirgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz176 km məsafəni 4 saat11 dəqiqə26 saniyəyə qət edərək reytinqinə 25 xal əlavə edib. Yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında iştirak edən yığmanın digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov nail olub. O,78 velosipedçi arasında 18-ci olub.


34389 oxunub

InvestAZ