XƏBƏR LENTİ
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Ruslan Lunyov Avropa kubokunun dördüncü mərhələsinin qalibi oldu
İdman 11:23 / 14.09.2020

Danimarkanın Orxus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi keçirilib.
Yarışda yığma komandanın üzvü Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında birinci yeri tutub. Təmsilçimiz bu nəticəyə 580 xal toplamaqla nail olub.
Qeyd edək ki, Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa çempionatında əldə edib. İdmançımız İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla çıxış edərək 587 xalla birinci yerə layiq görülüb.

45629 oxunub

InvestAZ