XƏBƏR LENTİ
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir
İdman 16:22 / 13.09.2020
"Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Tovuz rayonunda keçirilib. Tədbir AFFA və Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə reallaşdırılır.
Rayonun cəbhə bölgəsində yerləşən Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Bayramlı və Əsrik kəndlərində futbola marağın artırılması məqsədilə 50 məktəbliyə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Qənirə Paşayeva, Arzu Nağıyev, Tamam Cəfərova, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

32840 oxunub

InvestAZ