XƏBƏR LENTİ
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Yaponiyalı tennisçi “US Open” turnirinin qalibi oldu
İdman 13:17 / 13.09.2020
Tennis üzrə "Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib. Ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.
Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.
İyirmi iki yaşlı tennisisçi karyerasında ikinci dəfə "US Open” turnirinin qalibi adını qazanıb.
O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.
Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.
Qeyd edək ki, yarımfinal mərhələsində Naomi ABŞ idmançısı Jennifer Bredini (6:7, 6:3, 3:6), Viktoriya Azarenko isə turnirin altıqat qalibi Serena Vilyamsı (6:7, 6:3, 3:6) məğlub edib.

31522 oxunub

InvestAZ