XƏBƏR LENTİ
09 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Müasir Türk-Erməni münasibətləri - İdmandan kənar
Mədəniyyət 15:21 / 15.08.2020

Türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı erməni terroru

 Hadisələrin zamanı, məkanı və xronologiyası.

27 yanvar 1973-cü il, ABŞ (Santa-Barbara, Kaliforniya): Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadur Dəmir 78 yaşlı Amerika vətəndaşı, erməni Qurgen (Qaragin) Yanikyan tərəfindən şəhid edilmişlər. 
Uydurma bir bəhanə ilə Santa-Barbaradakı bir otelə dəvət edərək, onları tapança ilə öldürən Yanikyan cinayətdən sonra tutularaq ömürlük həbs cəzasına məhkum edilmişdir. 31 yanvar 1984-cü ildə xəstəlik və qocalığa görə buraxılmış Yanikyan 27 fevral 1984-cü ildə ölmüşdür. 
Türk diplomatlarına qarşı ilk terror kimi qiymətləndirilən bu iki nəfərin öldürülməsi sonrakı cinayətlər zəncirini davam etdirəcək və mütəşəkkil erməni terroruna örnək olacaqdır. Bəlkə də bu, planlaşdırılmış terrorun başlanğıcı üçün işarə idi. 
4 aprel 1973-cü il, Fransa (Paris): Türkiyə Baş konsulluğuna və THY (Türk Hava Yolları) bürosuna qarşı törədilən və maddi zərərə səbəb olan bomba partladılmasını öz üzərinə götürən olmasa da, basqının ermənilər tərəfindən törədildiyi şübhəsizdir. 
26 oktyabr 1973-cü il, ABŞ, (Nyu-York): Türk İnformasiya Bürosuna bomba paketi ilə təcavüz aktı polis tərəfindən zərərsizləşdirilmişdir. Təcavüz Yanikyanın terroristləri tərəfindən hazırlanmışdı. 
20 yanvar 1975-ci il, Livan (Beyrut): Dünya Kilsələr Şurası Beyrut bürosunun bombalanmasına qərar verildiyi məlum olmuşdur. 
7 fevral 1975-ci il, Livan (Beyrut): Türk İnformasiya və Turizm Bürosuna bomba ilə təcavüz zamanı bombanı zərərsizləşdirərkən, partlayışdan livanlı polis nəfəri yaralanmış, təcavüzü erməni terrorçu qrupu ASALA-nın Yanikyan qrupu öz üzərinə götürmüşdür. 
20 fevral 1975-ci il, Livan (Beyrut): 1 kq-lıq bomba ilə THY (Türk Hava Yolları) bürosuna təcavüz xeyli maddi ziyana səbəb olmuşdur. Təcavüzü ASALA-nın Yanikyan qrupu təşkil etmişdir. 
22 oktyabr 1975-ci il, Avstriya (Vyana): Türkiyənin Vyanadakı Səlahiyyətli səfiri Daniş Tunalıgil səfirliyə təcavüz edən 3 terrorçu tərəfindən şəhid edilmişdir. Təcavüzü ASALA terrorçuları etmiş və qaçmışlar . 
24 oktyabr 1975-ci il, Fransa (Paris): Türkiyənin Parisdəki Səlahiyyətli səfiri İsmayıl Erezin avtomobilinə atılan güllələrdən səfir Erez və sürücü Talıb Yenər ölmüşlər. ASALA və Erməni Soyqırımı Ədalət Komandası terrorçuları qaçmışlar. 
28 oktyabr 1975-ci il, Livan (Beyrut): Türkiyə səfirliyinə atılan raket ciddi maddi zərər vurmuşdur. Terror ASALA tərəfindən törədilmişdir. 
16 fevral 1976-cı il, Livan (Beyrut): Türkiyə səfirliyinin baş katibi Oktar Cirit saat 18:45-də Həmra prospektindəki bir salonda terrorçu tərəfindən tapança ilə öldürülmüşdür. Terrorçu qaçmış, cinayət ASALA tərəfindən təşkil olunmuşdur. 
17 may 1976-cı il, Federativ Almaniya (Frankfurt, Essen, Köln): bu şəhərlərin konsulluqlarına bomba ilə basqınlar nəticəsində böyük maddi zərər dəymişdir. Basqını heç bir təşkilat öz üzərinə götürməmiş, yalnız anonim telefon vasitəsilə onun ermənilər tərəfindən edildiyi bildirilmişdir. 
28 may 1976-cı il, İsveçrə (Sürix): Qarantiya bankına və Türkiyə Çalışma Attaşesinə bomba basqınları nəticəsində maddi zərər dəymişdir. Turizm Attaşeliyi bürosuna qoyulmuş bomba zərərsizləşdirilmişdir. Basqınlar Erməni Soyqırımı Ədalət Komandası tərəfindən edilmişdir. 
2 mart 1977-ci il, Livan (Beyrut): Türkiyə səfirliyinin hərbi attaşesi Bahəddin Qaraqaya ilə idarə attaşesi Elxan Özbabacanın avtomobillərinə bomba atılmış, terroçuların ASALA-dan olduqları üzə çıxmışdır.
14 may 1977-ci il, Fransa (Paris): Türkiyə Turizm Bürosuna bomba ilə basqın ciddi maddi zərər vurmuş, basqın Yeni Erməni Müqaviməti təşkilatı tərəfindən edilmişdir. 
29 may 1977-ci il, İstanbul: İstanbulun türklər tərəfindən fəth edilməsinin 524-cü ildönümündə Atatürk hava limanında və Sirkəçi dəmiryol stansiyasında çox güclü partlayışlar olmuş, 6 nəfər ölmüş, 52 nəfər yaralanmışdır. Ətraf  binalarda böyük dağıntılar olmuşdur. Telefonla "Frans-Press” agentliyinə basqının erməni qrupları tərəfindən edildiyi bildirilmişdir. 
6 iyun 1977-ci il, İsveçrə (Sürix): Türk əsilli Hüseyn Bülbülün mağazasına bomba atılmış, nəticədə böyük maddi zərər dəymiş, bomba atanın kimliyi məlum olmamışdır. 
9 iyun 1977-ci il, İtaliya (Roma): Vatikandakı Səlahiyyətli səfir Taha Carımaya saat 13:45 radələrində iqamətgahı qarşısında 2 terrorçu atəş açaraq onu ağır yaralamışlar. Taha Carım həmin gün xəstəxanada ölmüşdür. Terrorçuların Erməni Soyqırımı Ədalət Komandasından olduqları bilinmişdir. 

4 oktyabr 1977-ci il, ABŞ (Los-Anceles, Kaliforniya): Ermənilər haqqında həqiqəti yazan prof. Stanford Şounun evi qarşısında bomba partladılmışdır. Bombanı "28 May Erməni Qrupu”nun partlatdığı telefonla bildirilmişdir. 
2 yanvar 1978-ci il, Belçika (Brüssel): İçində bir türk bankı yerləşən bina bomba ilə dağıdılmışdır. Hadisə "Yeni Erməni Müqaviməti” tərəfindən törədilmişdir. 
3 yanvar 1978-ci il, İngiltərə (London): Bir türk bankına edilən bomba basqını böyük dağıntıya səbəb olmuşdur. Hadisəni "Yeni Erməni Müqaviməti” təşkilatı törətmişdir. 
2 iyun 1978-ci il, İspaniya (Madrid): İspaniyadakı Türkiyənin Səlahiyyətli səfiri Zəki Günəralpın avtomobilinə 3 terrorçu tərəfindən açılan atəşlə səfirin arvadı, xanım Necla Günəralp və təqaüdçü səfir Bəşir Balçıoğlu oradaca ölmüş, sürücü Antonio Torres ağır yaralanmış və xəstəxanada ölmüşdür. Terrorçular qaçmışlar. Hadisə Erməni Soyqırımı Ədalət Komandası tərəfindən törədilmişdir. 
6 dekabr 1978-ci il, İsveçrə (Cenevrə): Türkiyə səfirliyinə edilən və böyük maddi zərər vuran bomba basqını Yeni Erməni Müqaviməti tərəfindən edilmişdi. 
17 dekabr 1978-ci il, İsveçrə (Cenevrə): Türkiyə Hava Yolları bürosuna edilmiş bomba basqını nəticəsində böyük maddi dağıntı olmuşdur. Basqını ASALA təşkil etmişdir. 
8 iyul 1979-cu il, Fransa (Paris): Türkiyə Hava Yolları əmək müşavirliyi və turizm bürolarına bomba ilə basqını Erməni Soyqırımı Ədalət Komandası etmişdir. 
22 avqust 1979-cu il, İsveçrə (Cenevrə): Cenevrədəki konsul Niyazi Adalının avtomobilinə bomba atılmış, Adalı təsadüfən xilas olmuş, iki isveçrəli yaralanmışdır, sui-qəsdi ASALA etmişdir. 
27 avqust 1979-cu il, Federativ Almaniya (Frankfurt): Türkiyə Hava Yolları bürosuna ASALA-nın bomba ilə basqını böyük maddi zərər vurmuşdur. 
4 oktyabr 1979, Danimarka (Kopenhagen): Türkiyə Hava Yolları bürosu yaxınlığında partladılan bombadan iki danimarkalı yaralanmış, xeyli maddi dağıntı olmuşdur. Terror ASALA tərəfindən həyata keçirilmişdir. 
12 oktyabr 1979-cu il, Hollandiya (Haaqa): Türkiyə Səlahiyyətli səfirinin 27 yaşındakı oğlu Əhməd Bənlərin avtomobilinə bir terrorçunun açdığı atəşdən Əhməd Bənlər hadisə yerində ölmüş, terrorçu qaçmışdır. Cinayət Erməni Soyqırımı Ədalət Komandası və ASALA tərəfindən törədilmişdir. 
30 oktyabr 1979-cu il, İtaliya (Milan): Türkiyə Hava Yolları bürosuna ASALA tərəfindən atılan bombadan böyük maddi zərər dəymişdir. 
8 noyabr 1979-cu il, İtaliya (Roma): Türkiyə səfirliyinin turizm müşavirliyinə ASALA-nın bomba basqını nəticəsində böyük maddi zərər dəymişdir. 
Ermənilərin müxtəlif terrorçu təşkilatları tərəfindən bütün dünya ölkələrində türklərə, Türkiyənin diplomatlarına və ayrı-ayrı təşkilatlarına qarşı edilən sui-qəsdlərin, basqınların sayı-hesabı yoxdur. 
Bu kitabda sənədləşdirilmiş terror aktlarının hamısını ayrılıqda göstərib, oxucularımızı yormamaq üçün bundan sonrakı hadisələrin yalnız ilini, yerini və sayını göstərməklə kifayətlənəcəyik:
Erməni terrorçuları ən çox onlara həmişə arxa olmuş, onların bəd əməllərinə dəstək vermiş Fransada fəaliyyət  göstərmişlər. Belə ki, 1979-82-ci illərdə bu ölkədə erməni terrorçuları 61 hadisə törətmişlər. Bunlardan 1979-2, 1980-9, 1981-9, 1981-22, 1982-6, 1983-9, 1984-3, 1985-2, 1986-8 terror cinayətləri törədilmişdir. 
Erməni terrorçularının fəaliyyətinə görə ikinci yerdə Amerika Birləşmiş Ştatları durur. Burada 4 ildə 19 terror əməliyyatı baş vermişdir. Belə ki, 1980-4, 1981-5, 1982-8, 1984-2 hadisə törədilmişdir. İranda 4 ildə 18 terror aktı baş vermişdir: 1980-1, 1981-3, 1983-6, 1984-8. İsveçrə və Livanın hər birində 15 hadisə, müvafiq olaraq 3 və 7 ildə törədilmişdir, İtaliyada 3 ildə 11, Kanadada 2 ildə 7, Belçikada 4 ildə 6, İspaniya və İngiltərədə müvafiq olaraq 2 ildə 5 və İngiltərədə 3 ildə 5, Yunanıstan, Avstriya, Danimarka və Almaniyada hər birində 3, Avstraliyada 2, Niderland, Bolqarıstan, Lüksemburq və Yuqoslaviyanın hər birində 1 terror basqını olmuşdur. 
Qeyd: Yuxarıda göstərilən dövrlərdə (1979-1986) ermənilərin müxtəlif adlarla quldur basqınları təşkil edən terrorçu qrupları tərəfindən dünyanın müxtəlif yerlərində türk diplomatlarına, iş adamlarına, turistlərinə, vətəndaşlarına yalnız türk olduqları üçün sui-qəsdlər edilmişdir. Bu dövrdə terrorçu bombalarından, güllələrindən, 84 nəfər şəhid olmuş, 316 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışlar. Dövlət binalarına, səfirliklərə, turist mərkəzlərinə, nəqliyyat vasitələrinə böyük maddi ziyan vurulmuşdur. 
Budur, bütün dünya qarşısında özlərini ziyalı, mədəni yazıq, türklər tərəfindən qırılıb əzilmiş kimi göstərən ermənilər və onların əməllərinin nəticəsi! 

44731 oxunub

InvestAZ