XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



“Sağlam Həyat” layihəsi çərçivəsində idmanın inkişafı məqsədilə görüş keçirilib
İdman 14:05 / 19.01.2026
Masallı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimləri ilə "Sağlam Həyat” layihəsi çərçivəsində idmanın inkişafı məqsədilə görüş keçirilib. 
Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun əməkdaşı, Azərbaycan Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru iştirak ediblər.
Həndbol idman növünün rayon üzrə inkişafı, təhsil ocaqlarında həndbol dərnəklərinin yaradılması, perspektivli şagirdlərin üzə çıxarılması və Masallı rayon komandasının təşkili məsələləri müzakirə olunan tədbirdə, eyni zamanda digər idman növlərinin inkişafı, idmanın kütləviliyinin artırılması və sağlam həyat tərzinin təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxışlar zamanı fiziki tərbiyə müəllimlərinin gənclərin idmana daha çox həvəs göstərməsində mühüm rol oynadığını vurğulayaraq, gələcəkdə bu istiqamətdə birgə əməkdaşlığın müntəzəm davamının vacibliyini bildiriblər.
Görüş qarşılıqlı müzakirələr və təkliflərlə başa çatıb.


6569 oxunub

InvestAZ