XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Olimpiadanın əsas buz meydançasında problem yaranıb
İdman 15:10 / 13.01.2026

Milano və Kortino-2026 Qış Olimpiya Oyunlarının əsas hokkey arenası olan Santa Giulia Arenasında test yarışı buz problemləri səbəbindən dayandırılıb. Jurnalist Kris Constonun sosial mediada verdiyi məlumata görə "Kaltern" və "Varese" komandaları İtaliya Kubokunun yarımfinalında qarşılaşıblar. Buz döşəməsində dəlik yarandıqdan sonra matç dayandırılıb. Arena işçiləri zədələnmiş ərazini su ilə doldurublar.

Fevralın 6-22-də keçiriləcək Oyunlara qədər yaranmış bu problemə görə arenada yoxlama oyunlarının tarixləri dəyişdirilib. Qeyd edək ki, Milan arenasının əvvəlcə 16 min tamaşaçı tutumuna malik olması planlaşdırılırdı. Tikinti işləri bir neçə dəfə gecikdikdən sonra bu say 11.800-ə endirilib.


9427 oxunub

InvestAZ