XƏBƏR LENTİ
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Qılıncoynadanlarımız Türkiyədə iki medal qazandılar 
İdman 13:21 / 19.01.2026

Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Maqsud Hüseynli böyüklər, Fərəh Abasova isə gənclər arasında sablya növündə mükafatçılar sırasında yer alıblar.

Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.

Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.


219 oxunub

InvestAZ