XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Güləş millilərinin üzvləri tibbi testlərdən keçiblər
İdman 14:11 / 19.01.2026

Azərbaycanın yunan-Roma və sərbəst güləş yığmalarının üzvləri İdman Akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş İdman Tibbi Tədqiqatları Laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil edilib. İdman üçün vacib olan detallar ölçülüb, cihazlardan keçirdilib və hər bir idmançının orqanizminin mövcud durumu ilə bağlı məşqçilər korpusuna praktiki məlumat verilib.

Bütün bunlarla yanaşı, idmançılar psixoloji testlərdən keçiblər. Psixoloji test idmançının zəif nöqtələrini qiymətləndirir.

Qeyd edək ki, bu laborotoriyada testlərin keçirilməsi hər bir milli üzvünün orqanizmini optimal təhlil etmək, diaqnoz qoymaq və təlim-məşq toplanışlarında qeydə alınan çatışmazlıqları aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmağa imkan verir.


6143 oxunub

InvestAZ