XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bir şahmatçımız ilk onluqda
İdman 10:33 / 31.07.2020

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. İlk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.​​ Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki​ yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.​​ Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen başçılıq​ edir. Onun aktivində 2863 xal var.
Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.


35041 oxunub

InvestAZ