XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Olimpiya Oyunlarında test yarışları keçirilməyəcək?
İdman 17:50 / 30.07.2020

Çinin paytaxtı Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarına test turnirləri keçirilməyə bilər.​​ Bu barədə​ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Koordinasiya Komissiyası məlumat yayıb.Bildirilir ki, koronavirus pandemiyasının təsiri və bununla bağlı olan vətəndaşların ölkələr arasındakı hərəkətlərinə məhdudiyyətlər, karantin tədbirləri, viza tələbləri idmançıların, həmçinin rəsmi şəxslərin 2020-2022 mövsümündə Çinə səfərlərinə mane yarada bilər. Pekin-2022-nin Təşkilat Komitəsi test yarışlarının təşkili yollarını axtarmaqla bağlı BOK və beynəlxalq federasiyalarla danışıqları davam etdirir. Komissiyanın hesabatında Olimpiadaya hazırlıq barədə də qeyd olunub. Koronavirusa baxmayaraq, Pekin-2022-yə hazırlığın planlı şəkildə davam etdiyi bildirilir.


42379 oxunub

InvestAZ