XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Onlayn turnirin qalibləri​​ müəyyənləşib
İdman 17:19 / 29.06.2020

Təhsil "RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar.

"Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.
Yarış "Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub.


35900 oxunub

InvestAZ