XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



İngiltərə futbolunda növbəti yoluxma
İdman 18:27 / 26.05.2020

İngiltərənin "Bornmut" klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub.

Bu barədə 22 yaşlı qapıçı "The Sun" nəşrinə açıqlamasında deyib.
İngiltərəli qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir: "Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. Mövsümün iyunda azarkeşsiz bərpa olunacağı gözlənilir.


31112 oxunub

InvestAZ