XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Elxan Məmmədov: «Hələ ki səbirli olmalı və gözləməliyik»
İdman 17:19 / 29.03.2020

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov affa.az-a açıqlama verib. O, ölkə futbolunda yaranmış vəziyyəti dəyərləndirilb. "Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil. Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhətləşmələr aparırıq. Həmçinin Peşəkar Futbol Liqasının və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif senarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır. Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik”.


28408 oxunub

InvestAZ