XƏBƏR LENTİ
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026



DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEVİN SEÇİCİLƏRLƏ KÜTLƏVİ VƏ FƏRDİ GÖRÜŞLƏRİ DAVAM EDİR - FOTO
Gündəm 20:14 / 26.01.2020

79 saylı İmişli seçki dairəsindən  deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə yaşayış məntəqələrində və seçki qərargahında  görüşləri davam edir. 
Deputatlığa namizədin rayonun Çaxırlı və Xubyarlı kəndlərində seçicilərlə keçirilən kütləvi görüşlərində seçicilər arzu və istəklərinin bildirərək, yol, körpü, məktəb, iş yerlərinin açılması  və s. məsələlərdən danışmışlar.  Murad Fərzəliyev Milli Məclisə növbədənkənar seçkilərin demokratik və şəffaf keçəcəyini, seçicilərin ən çox etimad göstərdiyi deputatlığa namizədlərin seçiləcəyini diqqətə çatdıraraq, səsvermə hüququ olanları 9 fevralda seçki məntəqələrinə gələrək seçkilərdə fəal iştirak etməyə çağırıb. Seçicilər onu dəstəkləyəcəklərini bildiriblər. 79 saylı İmişli seçki dairəsinə təqdim edilən təbliğat və təşviqat planına uyğun olaraq, digər kəndlərdə də görüşlər keçirilir.

85276 oxunub

InvestAZ