XƏBƏR LENTİ
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Sərbəst güləş üzrə turnirin qalibləri müəyyənləşib
İdman 12:07 / 16.01.2020

Yanvarın 15-də Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Yeniyetmələr arasında bütün çəki dərəcələri üzrə keçirilən yarışda Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan və Özbəkistandan 230-dan artıq pəhləvan iştirak edib.
Turnirdə Musa Verdiyev (45 kiloqram), Alimbek Pulatov (48 kiloqram, Qazaxıstan), Musa Ağayev (51 kiloqram), Riad Aslanov (55 kiloqram), Yeqor Arçuqin (60 kiloqram, Qazaxıstan), Ali Maxaçev (65 kiloqram, Rusiya), Namus Orucov (71 kiloqram), Səbuhi Əmiraslanov (80 kiloqram), Yusif Dursunov (92 kiloqram) və Səid-Həsən Axmatov (110 kiloqram, Rusiya) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Musa Ağayev ən ədalətli idmançı, Zaur Şərifov ən ədalətli hakim, Özbəkistan komandasının məşqçisi Uktam Tuyev isə ən ədalətli məşqçi nominasiyasında mükafatlandırılıblar.
Komanda hesabında Azərbaycan birinci, Rusiya ikinci, Qazaxıstan isə üçüncü yeri tutub.

41160 oxunub

InvestAZ