XƏBƏR LENTİ
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Dünya çempionundan yeni rekord
İdman 12:01 / 15.01.2020

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen məğlubiyyətsiz oyunlar seriyasına görə yeni rekorda imza atıb. Niderlandın Veyk-an-Zee şəhərində keçirilən və şahmatçımız Rauf Məmmədovun da qatıldığı "Tata Steel Chess 2020” turnirində yerli idmançı Yorden van Forest ilə heç-heçəyə imza atıb. Bununla da dünya çempionu ardıcıl məğlubiyyətsiz oyunların sayını 111-ə çatdırıb. Bundan əvvəlki rekord rusiyalı şahmatçı Sergey Tivyakova məxsus idi. O, 2005-ci ildə ardıcıl 110 oyunda məğlub olmayıb.
Qeyd edək ki, Rauf Məmmədov "Tata Steel Chess 2020” turnirin B qrupunda uğurla çıxış edir. O, dörd turun nəticəsinə görə 2,5 xalla 2-5-ci yerləri bölüşür.
Yanvarın 15-i turnirin iştirakçıları üçün istirahət günüdür. Yanvarın 16-da beşinci turun oyunları keçiriləcək.

56617 oxunub

InvestAZ