XƏBƏR LENTİ
02 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



EEVZA çempionatında qalib müəyyənləşib
İdman 16:33 / 01.12.2019

Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.
Yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A, Belarus, Estoniya, Latviya, Polşa komandaları isə B qrupunda mübarizə aparıblar.
Avro-2020-yə seçim xarakteri daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb və komanda Avropa çempionatına vəsiqə qazanıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici görüşdə Polşadan güclü olublar - 3:0. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus milliləri üz-üzə gəliblər. Daha güclü olan Belarus millisi 3:2 hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya, Gürcüstanla qüvvəsini sınayıb və bütün görüşləri məğlub başa vurub.

51867 oxunub

InvestAZ