XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



AGF payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır
İdman 13:46 / 07.10.2019

Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır. İlin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı keçiriləcək. Bu yarışlar Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq. Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi və çempionatı və batut gimnastikası üzrə 5-ci ölkə birinciliyi və çempionatı olacaqdır. Tamblinq üzrə turnir noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə ertəsi gün Bakı Olimpiya Kompleksində təşkil ediləcək.
İlin sonuncu yerli yarışları isə noyabrın 15-16-da Sumqayıtda keçiriləcək. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı respublika və paytaxt çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı birinciliyi və ölkə çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.

30413 oxunub

InvestAZ