XƏBƏR LENTİ
22 Oktyabr 2019
21 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019



Dünya kubokunun qalibi tay-breykdə müəyyənləşəcək
İdman 11:18 / 04.10.2019

Oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında tay-breyk partiyaları keçiriləcək.
Birinci tay-breyk qarşılaşmasında şahmatçımız ağ fiqurlarla oynayacaq.
Şahmatçılar arasında ötən gün oynanılan dördüncü görüşdə heç-heçə qeydə alınıb. Bununla da ümumi hesab 2:2 olub. Qrossmeysterlər final qarşılaşmasının birinci görüşündə də xalları yarı bölüblər. Lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. Beləliklə, qalibin müəyyənləşməsi üçün şahmatçılar iki tay-breyk qarşılaşması oynayacaqlar.
Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.
Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.
Turnirin mükafat fondu 1,6 milyon dollardır.

484 oxunub

InvestAZ