XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



“Qarabağ” – “Sevilya” oyununun biletləri satışda
İdman 17:00 / 13.09.2019

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 19-da Bakıda oynanılacaq "Qarabağ” - "Sevilya” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik”, "28 Mall”, "Park Bulvar”dakı "iTicket” satış məntəqələrindən, 2 və 3 saylı "ASAN xidmət” mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.
"A” qrupunda yer alan "Qarabağ”ın digər rəqibləri Kiprin APOEL və Lüksemburqun "Düdelanj” klublarıdır.
Xatırladaq ki, cari mövsümdə avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayan "Qarabağ” komandası APOEL ilə qarşılaşıb. Səfərdə rəqibini məğlub edən (2:1) ağdamlılar doğma meydanda 0:2 hesabı ilə uduzublar. APOEL isə ilk görüşdə heç-heçə etdiyi "Ayaks” klubuna cavab qarşılaşmasında 0:2 hesabı ilə uduzduğundan mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

31669 oxunub

InvestAZ