XƏBƏR LENTİ
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Fotofinişə düşən itin sahibini tapdılar
İdman 10:59 / 20.02.2026
Xəbər verdiyimiz kimi, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə komanda sprint yarışlarının seçmə mərhələsi zamanı finiş xəttində it görünüb. Fotofinişə düşən canavar qarışığı olan itin sahibi də tapılıb. Mediada adının çəkilməsini istəməyən kişi itin çox sosial olduğunu qeyd edib. O, İtaliyanın Val di Fiemme şəhərindəki yarış rəsmilərindən biri ilə ailəsinin əlaqələri olduğu üsün yarışa "qoşulub". Məlum olub ki, Olimpiadada günün qəhrəmanı olan itin adı Nazgüldür.
"Həmin gün həmişəkindən daha çox gileylənirdi. Bilirdi ki, biz yarışa baxmağa gedirik. Düşünürəm ki, sadəcə arxamızca qaçmaq istəyirdi. O, həmişə insanlara kömək etməyə çalışır. Nazgül inadkardır, amma çox mehribandır", - NPR portalı itin sahibindən sitat gətirib.
Qeyd edək ki, Nazgül xizəkçilərin arxasınca qaçdı və yarışı da başa vurub. Təşkilatçılar daha sonra itin fotofinişini nümayiş etdiriblər. Onun görüntüləri bütün dünyaya yayılıb.
1766 oxunub

InvestAZ