XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Milli komandanın üzvlərinə seminar keçirilib
İdman 13:19 / 08.01.2026

Milli Olimpiya Komitəsi, Azərbaycan Atletlər Komissiyası və Etika Akademiyası arasında tərəfdaşlıq çərçivəsində üzgüçülük üzrə Azərbaycan millisinin üzvlərinə seminar keçirilib.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" adlı seminarda gənc üzgüçülərə etik davranış, nitq mədəniyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmələri aşılanıb.


7410 oxunub

InvestAZ