XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Güləşçimiz dünya çempionatının bürünc medalına sahib çıxdı
İdman 11:13 / 13.08.2019

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.
Yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.
Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olumuşdu.
Komandanın digər üzvü Əşrəf Aşırov (70 kq) təsəlliverici görüşdə Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. Daha bir güləşçimiz təsəlliverici qarşılaşmaları uğurla başa vurub. Abubakr Abakarov (79 kq) ilk qarşılaşmada İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn A.Abakarov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Avqustun 12-də start götürən dünya çempionatı davam edir.

37764 oxunub

InvestAZ