XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizəyə start verilib
İdman 11:06 / 07.01.2026

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən I dəstədə mübarizəyə start verilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb və güclülərin cari ildə də ölkə çempionatına vəsiqə qazanacağını qeyd edib.

Sonra yarışın baş hakimi Azər İbrahimov şahmatçıları qaydalar barədə məlumatlandırıb.

Qeyd edək ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı mübarizə aparır.

Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilir. I dəstədə kişilər arasında ilk 9 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq. Turnirə yanvarın 14-də yekun vurulacaq.

I dəstənin ümumi mükafat fondu 10 minAZN təşkil edir.


6108 oxunub

InvestAZ