XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Lənkəranda bədən tərbiyəsi və idman müəllimləri ilə görüş olub
İdman 22:32 / 27.12.2025

Lənkəran şəhər 2 saylı tam orta məktəbdə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə Lənkəran rayon ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi və idman müəllimləri ilə görüş keçirilib.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi sayəsində baş tutan, 72 nəfərin qatıldığı görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun əməkdaşları, Azərbaycan Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, Azərbaycan Kapoeyra Federasiyasının Lənkəran–Astara regionu üzrə nümayəndəsi Tural Şirməmmədov və ümumtəhsil məktəblərində çalışan idman rəhbərləri və fiziki tərbiyə müəllimləri iştirak ediblər.

Tədbiri açıq elan edən Lənkəran-Astara Regional Gənclər və İman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev çıxışında ölkə rəhbəri İlham Əliyevin idmana olan diqqət və qayğısından, Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, sağlam həyat tərzinin təbliğindən, rayonda idmanın inkişafı üçün görülən işlər və tədbirlərdən, eyni zamanda qarşıda duran vəzifələrdən danışıb.

O, UGİM-in tərkibində fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks idman növləri, Lənkəran Olimpiya İdman Kompleksində mövcud olan idman bölmələri və "Üzməyi öyrənək” layihəsi barədə ətraflı məlumat verib.

Vidadi Əliyev həndbol, Tural Şirməmmədov isə kapoeyra idman növlərinin tarixindən, onların insan sağlamlığında əhəmiyyəti barədə söz açıb və idmançılara göstərilən qayğı və dəstəkdən bəhs ediblər.

Daha sonra mövzuya uyğun video-çarx nümayiş olunub, iştirakçılar tərəfindən ünvanlanan suallar  cavablandırılıb.


6680 oxunub

InvestAZ