XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib
İdman 19:02 / 25.12.2025

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.

Olimpiyadunyasi.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.

İlk "3-lük"də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi yanvarın 7-də, saat 17:00-da baş tutacaq.


6612 oxunub

InvestAZ