XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşdi
İdman 18:58 / 25.12.2025
Bu gün Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.
Olimpiyadunyasi.com xəbər verir ki, turnirdə 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 430 cüdoçu (329 oğlan, 101 qız) qüvvəsini sınayır. Birinciliyin ilk günündə 6 çəki dərəcəsi üzrə 137 cüdoçu tatami üzərinə çıxıb.
Qızların yarışında Ləman Bağırova (36 kq, Naxçıvan UGİM), Yağmur Abdullayeva (48 kq, Şuşa UGİM) və Məleykə Əsədova (63 kq, Şahin 313 İK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların yarışında Muhəmməd Eyvazlı (38 kq, ROİL), Eldar Xəlilov (50 kq, Goranboy OİK) və Hüseyn Ələsgərov (66 kq, Qəbələ İK şəhər) qızıl medallara layiq görülüb.
Azərbaycan birinciliyinə dekabrın 28-də yekun vurulacaq.


6524 oxunub

InvestAZ