XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Padel tennisi üzrə ilk Azərbaycan çempionatı keçirilib
İdman 13:44 / 24.12.2025
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə padel tennis üzrə ilk ölkə çempionatının qalibləri müəyyənləşib.
Bakı Tennis Akademiyasında təşkil olunan yarışda oğlanlar arasında Elvin Həşimov birinci yerə layiq görülüb. Tamerlan Əzizov ikinci, Nazim Məlikov isə üçüncü olub.
Qızların mübarizəsində isə Umayra Həşimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Eyvazova və Ayşən Kərimli müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qoşa oyunlarda Tamerlan Əzizov - Abbas Səfərov cütlüyü ən yaxşı nəticəni göstərib. Elvin Həşimov- Umut Gündoğan tandemi ikinci, Elman Ələsgərov - Yusif Rzayev cütlüyü isə üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan birinciliyində 32 kişi və 12 qadın idmançı iştirak edib.

6629 oxunub

InvestAZ