Fransanın "Lyon” klubu Madrid "Real”ının futbolçusu Endrikin transferini tamamlayıb.
19 yaşlı futbolçu icarə əsasında "Lyon”un uğurları üçün çalışacaq. Müqavilədə sonradan satınalma bəndi yer almayıb. Endrik növbəti ilin yayında "Real” klubuna qayıdacaq.
Fransa təmsilçisi "sambaçı”nın maaşının 50 faizini ödəyəcək.
165 oxunub