"Əl-İttihad"ın fransalı hücumçusu Kərim Benzema ispaniyalı rəssam Pablo Pikkassonun əsərlərindən birinə sahib olub.
1964-cü ildə çəkilmiş "Saqqallı kişinin portreti"i artıq Benzemanın evini bəzəyəcək.
Məlumat üçün bildirək ki, əsər 2025-ci ilin əvvəllərində Nyu-Yorkdakı incəsənət satıcısı Helli Nəhmədin qalereyasında nümayiş olunub. Əsərin alış qiyməti açıqlanmayıb. Lakin Pikassonun rəsmlərinin hərracda qiyməti bir milyon avrodan az olmur.
214 oxunub