Madrid "Real"ı ispaniyalı müdafiəçi Dani Karvahalla cari mövsümün sonunda yollarını ayıracaq.
Olimpiyadunyasi.com "El Nacional" qəzetinə istinadən xəbər verir ki, klub rəhbərliyi müdafiəçiyə yeni müqavilə təklif etmək niyyətində deyil. Karvahalın Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır. 33 yaşlı ispaniyalı 2013-cü ilin yayından "Real"da çıxış edir.
312 oxunub