XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan təmsilçisi ilə Canluici Donnarummanın seçimləri oxşar olub
İdman 16:58 / 17.12.2025
FIFA dünya futbolunun ən yaxşılarını seçib. 2025-ci ilin ən yaxşı futbolçusu nominasiyasında "The Best” mükafatı Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembeləyə qismət olub.
Milli komandaların kapitanları və baş məşqçiləri, media nümayəndələri və azarkeşlərin iştirak etdiyi səsvermədə Azərbaycanı təmsil edən Rasim Mövsümzadə nəticələrlə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, sentyabr ayında "Qızıl top”u qazanan Dembelenin FIFA tərəfindən də mövsümün ən yaxşısı seçilməsi sürpriz olmayıb:
"Səsvermə zamanı futbolçuların 2024-cü ilin avqustundan 2025-ci ilin avqustunadək göstərdikləri nəticələr əsas götürülüb.
28 yaşlı hücumçunun PSJ ilə UEFA Çempionlar Liqasını qazanması, turnirin ən dəyərli oyunçusu seçilməsi və mövsüm ərzində bütün turnirlərdə 35 qol vurması onun bu nüfuzlu mükafata layiq görülməsində həlledici rol oynayıb”.
Yekun siyahıda Dembelenin ardından "Barselona”nın gənc ulduzu Lamin Yamal və "Real Madrid”in hücumçusu Kilian Mbappe yer alıblar.
Mövsümzadə səsvermədə ilk üçlüyə Dembele, Yamal və PSJ-nin digər üzvü Aşraf Hakimini daxil etdiyini bildirib:
"Maraqlıdır ki, İtaliya millisinin kapitanı Canluici Donnarumma da mənimlə eyni futbolçulara səs verib, sadəcə Yamal və Hakiminin yerlərini dəyişib.
Sorğuya Mərakeş millisinin kapitanı qismində qatılan Hakimi isə öz seçimində sıra ilə Mbappe, Dembele və Rafinyaya üstünlük verib. Argentina millisinin kapitanı, dünya çempionu Lionel Messinin verdiyi xallar isə Dembele, Mbappe və Yamala qismət olub”.
Digər nominasiyalarda Mövsümzadənin səs verdiyi ispaniyalı Luis Enrike ən yaxşı məşqçi (2015-ci ildə də FIFA tərəfindən belə şərəfə layiq görülüb) və Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə Aytana Bonmati ən yaxşı oyunçu (ardıcıl 3-cü dəfə!), Sarina Vieqman ən yaxşı məşqçi (5-ci dəfə!) və Anna Hempton isə ən yaxşı qapıçı seçiliblər.

7205 oxunub

InvestAZ