XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Lerikdə futzal üzrə rayon turniri keçirilib
İdman 22:49 / 15.12.2025
Lerik rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində ümumtəhsil məktəblərinin 12-14 yaşlı məktəblilərdən ibarət komandaları arasında futzal üzrə rayon turniri keçirilib. 
Olimpiyadunyasi.com xəbər verir ki, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta ümumtəhsil məktəbinin idman zalında baş tutub. 2 gün davam edən turnirdə 5 komanda mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən turnirin qalibi M.Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbin komandası olub. İkinci yeri meydan sahibləri tutub. V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın komandası  isə üçüncü yerlə kifayətlənib.
Qalib komandalara Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
 

7032 oxunub

InvestAZ