XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Lənkəranda Kapoeyra məktəbi fəaliyyətə başlayacaq 
İdman 16:59 / 15.12.2025
Dekabrın 10-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan Kapoeyra Federasiyasının Lənkəran-Astara Region nümayəndəsi, kapoeyra idman növü üzrə üç qat Azərbaycan çempionu, dünya mükafatçısı, beynəlxalq və yerli turnirlərin qalibi olmuş Tural Şirməmmədovla görüşüb.
Görüş zamanı bu idman növünün Azərbaycan Kapoeyra Federasiyası tərəfindən bölgələrdə fəaliyyətinin genişləndirilməsi qeyd edilibvə yaxın zamanda yeni layihə, proqramların başlanacağı vurğulanıb.
Daha sonra bu istiqamətdə Lənkəran Kapoeyra məktəbinin fəaliyyətə başlaması, həmçinin Kapoeyra idman növünün Lənkəran-Astara regionunda inkişafı, təbliği və görüləcək işlər barədə müzakirələr aparılıb, Lənkəran Kapoeyra məktəbinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib.

6389 oxunub

InvestAZ