XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Astarada futzal turniri keçirilib
İdman 13:47 / 15.12.2025

Astara Olimpiya İdman Kompleksində "10 Dekabr Ümumdünya Futbol Günü” münasibətilə futzal üzrə Astara rayon turniri keçirilib.

6 ümumtəhsil məktəblərinin şagirdlərdən ibarət komandalar arasında keçirlən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi ilə baş tutub.Olimpiya sistemi əsasında qələbə uğrunda mübarizə aparan komandaların yarışına2 saylı tam orta ümumtəhsil məktəbin komandası birinci yerə layiq görülüb.Astara şəhər Ceyhun Babayev adına liseyin komandası ikinci,Çay oba kənd tam orta ümumtəhsil məktəbinin komandası isə üçüncü yeri tutub.
Qalibkomandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindəndiplomlarla təltif olunublar.


6350 oxunub

InvestAZ