Regionlardan olan cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib
İdman 20:41 / 13.12.2025
Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.
Tədbirdə beynəlxalq yarışlarda tətbiq olunan anti-dopinq qaydaları, bəzi dərman vasitələrinin tərkibində dopinq elementlərinin ola bilməsi, eləcə də dopinqlə mübarizədə həkim–idmançı–məşqçi əməkdaşlığının vacibliyi barədə ətraflı məlumat verilib.
152 oxunub