XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Messinin Hindistan turunun təşkilatçısı həbs edildi
İdman 20:10 / 13.12.2025
Hindistanda təşkil olunan Lionel Messi "GOAT” tədbirinin təşkilatçısıŞatadru Dutt stadionda yaranan xaos və qalmaqallı hadisələrdən sonra sonra həbs edilib.
Buna səbəb Lionel Messinin təhlükəsizlik səbəbilə stadiondan erkən ayrılması və onminlərlə izləyicinin ulduz futbolçunu yaxından görməməsi olub. Qəzəblənən izləyicilər bu səbəbdən stadionu yarasız hala salıb və talayıb.
Messini izləmək üçün gələn şəxslər biletlərə 20 min rupiyə (225 dollar) yaxın məbləğ ödəyib. Hazırda həmin izləyicilər biletlərə ödədikləri maddi vəsaitləri tələb edir. Benqal Polisi vəziyyətin artıq nəzarət altına alındığını bildirib və hadisədə günahkar olan şəxslərin cəzalandırılacağını açıqlayıb.
Qeyd edək ki, Messi Hindistan turu çərçivəsində Kəlküttadan sonra Haydarabad, Mumbay və Yeni Dehlidə keçiriləcək tədbirlərdə də iştirak edəcək.

7964 oxunub

InvestAZ