XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
İdman 18:20 / 13.12.2025
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.
Olimpiyadunyasi.com Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.
Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. S.Mamedov özündən 10 yaş böyük olan rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

6903 oxunub

InvestAZ