XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Karate üzrə XXXIII Ümumrespublika texniki seminarı və imtahan keçiriləcək
İdman 13:39 / 11.12.2025

Dekabrın 12-14-də IX dan qara kəmər sahibi, şotokan karate üzrə tanınmış ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə XXXIII Ümumrespublika Texniki Seminar və İmtahan keçiriləcək.

Azərbaycan Karate Federasiyasının mətbuat xdimətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, tədbirin əsas məqsədi şotokan karate üzrə texniki hazırlığın təkmilləşdirilməsi, idmançı və məşqçilərin bilik və bacarıqlarının beynəlxalq tələblərə uyğun şəkildə artırılmasıdır. Seminar zamanı iştirakçılara şotokan məktəbinin fundamental prinsipləri, texniki göstəriciləri və imtahan prosedurları üzrə müvafiq təlimlər təqdim olunacaq.

XXXIII Ümumrespublika Texniki Seminar və İmtahanın keçirilməsi ölkəmizdə karate idmanının inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və peşəkar kadr hazırlığının dəstəklənməsinə mühüm töhfə verir.


6960 oxunub

InvestAZ