XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Çempionlar Lİqası: Liqa mərhələsində VI tur yekunlaşdı
İdman 09:13 / 11.12.2025
Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI turun oyunlarına yekun vurulub.
Mərhələnin ikinci oyun günündə daha 9 qarşılaşma təşkil olunub. Azərbaycan çempionu "Qarabağ” Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda "Ayaks”a 2:4 hesabı ilə məğlub olub. Günün digər maraqla gözlənilən oyunu Madriddə baş tutub. "Real” klubu doğma azarkeşlər önündə "Mançester Siti”yə məğlub olub -1:2. Çempionlar Liqasının son qalibi PSJ isə İspaniyada "Atletik”lə qolsuz heç-heçəyə razılaşıb. İtaliyanın Yuventus” klubu Turində "Pafos”a (Kipr), "Benfika” isə Portuqaliya "Napoli”yə (İtaliya) 2:0 hesabı ilə qalib gəlib. "Bayer 04” (Almaniy) - "Nyukasl” və "Borussiya” (Dortmund, Almaniya) - "Budyo Qlimt" (Norveç) oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Günün digər oyunlarında Danimarka "Kopenhagen"i İspaniya səfərində "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib. (İspaniya) - "Kopenhagen" (Danimarka) 2:3, Liqa mərhələsinin lideri "Arsenal” (İngiltərə) isə Belçikada "Brügge"ni 3:0 hesabı ilə məğlub edib.

3426 oxunub

InvestAZ