XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Bu il ən çox qazanc edən pilotların siyahısı açıqlanıb  
İdman 13:52 / 10.12.2025

"Forbes" analitikləri 2025-ci il mövsümünün nəticələrinə əsasən ən çox qazanc əldə edən Formula 1 pilotlarının illik reytinqini tərtib ediblər. Reytinq siyahısında "Red Bull" pilotu Maks Verstappen ardıcıl beşinci də zirvədə yer alıb.
Niderlandlı pilotun ümumi gəliri 76 milyon (maaş 65 milyon dollar, bonuslar 11 milyon dollar) dollardır. İkinci pillədə "Ferrari" ilə ilk mövsümündə 70,5 milyon dollar qazanan yeddiqat dünya çempionu Luis Hamilton (maaş 70 milyon dollar və bonuslar 0,5 milyon dollar) qərarlaşıb.
Bir neçə gün əvvəl dünya çempionu tituluna yiyələnən Lando Norris 57,5 milyon dollarla ilk üçlüyü tamamlayır. Bu məbləğin əhəmiyyətli bir hissəsi - 39,5 milyon dollar - bonuslardan, o cümlədən titul qazandığına görə 10 milyon dollardan əldə olunub.

2025-ci ildə ən çox qazanan 10 Formula 1 pilotunun siyahısı - "Forbes"

• Maks Verstappen (Red Bull) - 76 milyon dollar
• Luis Hemilton (Ferrari) - 70,5 milyon dollar
• Lando Norris (McLaren) - 57,5 milyon dollar
• Oskar Piastri (McLaren) - 37,5 milyon dollar
• Şarl Lekler (Ferrari) - 30 milyon dollar
• Fernando Alonso (Aston Martin) - 26,5 milyon dollar
• Corc Rassel (Mercedes) - 26 milyon dollar
• Lens Stroll (Aston Martin) - 13,5 milyon dollar
• Karlos Sayns (Williams) - 13 milyon dollar
• Kimi Antonelli (Mercedes) - 12,5 milyon dollar


7606 oxunub

InvestAZ