XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



MOK taekvondo üzrə interaktiv tədbir keçirib
İdman 11:29 / 10.12.2025
Dekabrın 9-da Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü və məğrur tərəfdaşı "Go Sport” şirkətinin dəstəyi ilə növbəti interaktiv tədbir keçirilib. 
Olimpiyadunyasi.com idmansevərlərin böyük marağına səbəb olan növbəti tədbir taekvondo idman növünün təbliği və gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, gənclərdən ibarət yığma komandanın məşqçiləri dünya və Avropa mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova və Bakıda keçirilən I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Dünya Kubokunun sahibi Ayxan Tağızadə, taekvondo üzrə millinin üzvü, VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, böyüklar arasında Avropa çempionatının bürünc mükafatçısı Minayə Əkbərova, "Go Sport"un təlim meneceri İqram Hacımuradov, OCEP layihəsinin koordinatoru Namiq Cəfərov və MOK-un əməkdaşları iştirak ediblər.
Onlar gənclərlə görüşərək öz təcrübələrini bölüşüb, ustad dərsləri keçib və peşəkar məsləhətlərini veriblər.
Tədbir zamanı taekvondonun asas prinsipləri, zərbə texnikaları, doğru geyim seçimi va bərpa texnikaları barədə faydalı məlumatlar verilib.
Tədbirdə həmçinin, taekvondo mövzusunda viktorina təşkil olunub. Viktorinada fəallığı ilə seçilən iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

8438 oxunub

InvestAZ