XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Şuşada şəhidin xatirəsinə yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib
İdman 12:47 / 01.12.2025
Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbi tərəfindən 2-ci dəfə şəhid Ələkbərov Telman İqdam oğlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə Şuşa rayon açıq birinciliyi keçirilib.
Yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.
Şuşa UGİM-in direktoru Tural Allahverdiyev yarışın artıq ənənə halını aldığını bildirib: "Dünya durduqca şəhidlərimizin xatirəsi daim yad olunmalıdır. Yarış iştirakçılara unudulmaz təcrübə qazandırır".
Tədbir, həmçinin idmanın gənclər arasında populyarlaşdırılması, onların fiziki və mənəvi inkişafına xidmət edir. Şuşa UGİM gələcəkdə də bu cür tədbirləri davam etdirməyi və gəncləri idmanla birləşdirməyi hədəfləyir.


8718 oxunub

InvestAZ