XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Boksçumuz Avropa çempionu oldu
İdman 15:52 / 30.11.2025
Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.
Millimizin lideri finalda ukraynalı Maksim Rudiki məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Sübhan Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komandamız Avropa çempionatını 3 medalla başa vurub. S.Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparıb.


7763 oxunub

InvestAZ