XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Misli Premyer Liqası: "Zirə" Yevlax səfərindən üç xalla qayıdır
İdman 16:32 / 28.11.2025
Futbol üzrə Misli Premyer Liqasının XIII turun oyunlarına start verilib.
Turun açılış matçı Yevlax şəhər stadionunda "Zirə" və "Kəpəz" komandaları arasında baş tutub. Oyun "Zirə" klubunun qələbəsi ilə yekunlaşıb -0:2. Matçda hesab 62-ci dəqiqədə açılıb. Qəsəbə təmsilçisinin heyətində Leroy Mikels fərqlənib. Qarşılaşmanın 84-cü dəqiqəsində isə İssa Cibrilia "Zirə"nin hesabdakı üstünlüyünü bir qədər də artırıb. Rəşad Sadıqovun komandası qələbə sayəsində xallarının sayını 26-ya çatdıraraq ikinci pilləyə yüksəlib. Aktivində 6 xalı olan "Kəpəz" isə onuncu pillədə yer alır.

Qeyd edək ki, bu gün XIII tur çərçivəsində daha bir oyun keçiriləcək. Günün ikinci oyununda "Turan Tovuz" və "Neftçi" komandaları üz-üzə gələcək.

7628 oxunub

InvestAZ